Gürcüstanın baş naziri istefa verib
Featured

02 Sentyabr 2019

Gürcüstanın baş naziri Mamuka Baxtadze istefa verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə baş nazir özü məlumat verib. 

Gürcüstanda 2018-ci ildə baş nazir vəzifəsinə gəldiyini xatırlayan M.Baxtadze işlədiyi müddətdə ölkəsinin starteji inkişaf planında önəmli addımlar atdığını bildirib: "İnkişaf üçün strateji plan hazırlandı, tətbiq olundu və buna görə vəzifəmi icra etdiyimə inandığım üçün vəzifəmdən istefa etmək qərarına gəldim".

Baxtadze daha sonra ölkəsinin NATO və Avropa Birliyi ilə inteqrasiya prosesinin davam etdiyini və qonşu ölkələrlə əhəmiyyətli irəliləyiş əldə olunduğunu vurğulayıb. 

Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək.

Qeyd edək ki, Gürcüstan Konsitutsiyasına görə baş nazir istefa verəndə hökumət də istefaya gedir.

 
inteqrasiya prosesinin davam etdiyini və qonşu ölkələrlə əhəmiyyətli irəliləyiş əldə olunduğunu vurğuladı.
Top
JoomlaLock.com All4Share.net