Putin Qurana sevgisini bir daha sərgilədi-VİDEO
Featured

17 Sentyabr 2019

Putin Ərdoğan və Ruhani ilə görüşdə Qurandan sitat gətirdi.

Ankarada səfərdə olan Rusiya prezidenti sentyabrın 14-də Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətlərinə dronlarla hücumdan danışarkən müqəddəs Kitabımızdan sitat gətirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Vladimir Putin Qurandan gətirdiyi sitatla ölkələr arasında dostluğun möhkəmlənməsinin tərəfində olduğuna işarə vurub:

"Türkiyədə olduğum üçün müqəddəs Qurandan bu sətirləri xatırlamaya bilmərəm: "Allahın mərhəmətini xatırlayın. Siz düşmən olanda Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi". Mən də düşünürəm ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır".

Putin əlavə edib ki, bu məsələdə Rusiyanın mövqeyi də artıq bəllidir. O, hadisə ilə bağlı münaqişə tərəflərinin danışıqlar aparmalı olduğunu bildirib.

Qeyd edək ki, Putin Quran Kitabının "Ali İmran" surəsindəki 103-cü ayədən danışıb. 103-cü ayə bütövlükdə belədir:

"وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ".
"Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız".

Top
JoomlaLock.com All4Share.net