Ayətullah Xamenei yüksək texnologiyalar sərgisindən danışıb
Featured

10 Oktyabr 2019

Ali Rəhbər İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunan elm əsaslı şirkətlər və (İran isehsalı olan) yüksək texnologiyalar sərgisini ziyarət edib.

İki saat davam edən bu ziyarət zamanı Ayətullah Xamenei elm əsaslı 30 şirkətin stendinə baş çəkdi, texnoloq və tədqiqatçılarla söhbət edərək iranlı gənc və mütəxəssislərin son elmi, texnoloji nailiyyətləri və kommersiyalaşdırılmış tədqiqatları ilə tanış olub.

Xərçəngin təyin edilməsi və homodializ üzrə yüksək texnologiyalı tibbi sistemlər, sinir protezi və robotu ilə cərrahiyyə əməliyyatı, laboratoriya təchizatı, tamamilə yerli istehsala əsaslanan son model vaksin və dərmanların istehsalı, jet mühərrikinin istehsalı və hava mühərriknin layihələndirilməsi, elektrik stansiyasına nəzarət sistemləri, müxtəlif növ neft və qaz katalistlərin istehsalı, dərin su quyularının öyrənilməsi və qazılması, polad anbarları və təchizatlarının tikintisi, qabaqcıl işıq, skaner, ölçü, kəsici, simulyasiya sistemləri, prosessorların düzəldilməsi, sənaye frizdrayerlərin düzəldilməsi, kompüter oyunlarının yaradılması bu sərgidə nümayiş etdirilməsi elm əsaslı şirkətlərin nailiyyətlərindəndir.

Ziyarət zamanı prezidentin elm və texnologiya məsələləri üzrə müavini cənab Səttari bu müavinliyin neft iqtisadiyyatından elm əsaslı iqtisadiyyata keçid üçün hazırladığı strategiya və proqramlar haqqında məlumat verdi: "İslam İnqilabının Ali Rəhbərinin icazəsi ilə Milli İnkişaf Fondundan ölkənin elm sahəsinə çox yaxşı kömək edildi. Bu köməklə ölkə iqtisadiyyatının gücləndirilməsi və sanksiyalarla mübarizə istiqamətində həyata keçirilən elmi və əsaslı layihələrin keyfiyyəti və sürəti daha da sürətlənib".

Prezidentin elm və texnologiya məsələləri üzrə müavini universitetlər və potensiallı elmi mərkəzlərlə yanaşı innovasiya zonalarının yaradılması layihəsinə işarə edərək bildirdi ki, İran Qərbi-Asiyada ən böyük innovativ ekosistemə malikdir: "Hal-hazırda 4500 elm əsaslı şirkət 90 000 000 000 000 tümən gəlirlə 300 min nəfərin birbaşa işlə təmin edilməsi imkanına malikdir".

Səttari qabaqcıl dərmanlar istehsalı ekosisteminin ölkənin motivasiyalı gənclərinə etimadın uğurlu bir nümunəsi olduğunu dedi: "Bu ekosistemin inkişafı sayəsində dərman sahəsi üzrə mütəxəssislərin mühacirətinə son qoyulmuşdur. Bu dövriyyəyə daxil olan hər bir dərman maksimum iki ildən sonra kommersiyalaşdırılacaq və istehlak bazarına daxil olacaq".

Cənab Səttaridən sonra çıxış edən Ali Rəhbər neft iqtisadiyyatı və onun mədəni fəsadlarından keçidin zəruri olduğunu vurğuladı: "Bu gün sərgidə iştirak edən gənclərin şikayətlərindən biri bu oldu ki, bəzən onların istehsal etdikləri məhsul istehsalının eynisini dövlət qurumları xaricdən idxal edir. Bu isə neft iqtisadiyyatından qaynaqlanır. Bu yanlış baxış düzəlməlidir".

Ayətullah Xamenei üzünü prezidentin elm və texnologiya sahəsi üzrə müavininə tutaraq dedi: "Bu maneələrin fəal gənclərin əl-ayağına dolaşmasına imkan verməməlisiniz. Bacardığınız qədər bu sahədə səy göstərin. Mən də bacardığım qədər kömək edəcəyəm".

Ayətullah Xamenei sərginin təşkilatçıları, tədqiqatçı və texnoloqlarına təşəkkür edərək xatirə lövhəsinə bu sözləri yazdı:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

İranlı istedadın və inqilabçı əzmkarlığının parlaq cilvəsini bu sərgidə gördük və Allaha şükür etdik. Motivasiyalar və yüksək imkanlardan faydalanmaq üçün həyata keçirilən əsaslı və fundamental işlər ciddi şəkildə izlənməlidir. Bu, dövlət rəhbərliyinin ən mühüm vəzifəsidir. Allaha təvəkkül edin, ümid və şövqlə addım atın. Yəqin bilin ki, Allahın istəyi ilə ölkənin iqtisadi problemlərinə son qoyacaqsınız.

Top
JoomlaLock.com All4Share.net