İŞİD-ı dəstəkləyən Netanyahu türkləri "erməni soyqırımı"na görə qınadı
Featured

28 Oktyabr 2019

İsrail baş naziri Benyamin Netanyahu türkləri "erməni soyqırımı"na görə günahlandırıb. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Netanyahu öz Tvitter hesabında Türkiyə prezidenti R.T.Ərdoğana ünvanladığı cavabında Türkiyəni erməniləri soyqırım etməkdə suçlayıb.

Suriyada vəziyyət gərginləşəndə oğlu ilə birgə Tvitter hesabında İŞİD terror təşkilatını dəstəkləyən Netanyahu bu dəfə Ərdoğanı yalançı adlandırıb: "İsrail haqqında yalan danışmaqdan çəkinməyən birisi, ölkəsində kürdləri qıran, erməni xalqına qarşı törədilmiş dəhşətli qırğını inkar edir, sən İsrailə nəsihət etmə! Ərdoğan yetər (bu qədər) yalan!"

Daim terroru dəstəkləyən Netanyahunun qəfil Ərdoğana "hücumu" əslində anlaşılandır. Çünki Türkiyə prezidenti BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü çağırışında etdiyi çıxışı zamanı Qəzzada baş verənləri Holokostla müqayisə edərək İsrailin Fələstin xalqına etdiyi zülmləri pisləmiş və dünyanın diqqətini bu məkanda baş verən insan qətliamına yönləndirməyə çalışmışdı. O, İsrailin 1948-ci ildən indiyə kimi işğal etdiyi əraziləri qeyd edərək İsraili işğal və zülmlərə son verməyə səsləmişdi.

Top
JoomlaLock.com All4Share.net