Bəşər Əsəd əl-Bağdadinin öldürüldüyünə inanmır
Featured

01 Noyabr 2019

Suriya Prezidenti Bəşər Əsəd İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ölməsi ilə bağlı yayılan xəbərlərə inanmadığını bildirib.

Oktyabrın 31-də Əl-Bağdadinin ölümünü İŞİD özü də təsdiqləyib. Lakin bu xəbərlə bağlı ABŞ prezidenti Donald Trampın "Bağdadi cəhənnəmə vasil oldu, 3 uşağı ilə birlikdə özünü partlatdı" deməsi çox kəskin münasibətin göstəricisi olsa da bu əslində reallıq deyil, elə göstəridən ibarət oldu.

Картинки по запросу Абу Бакр аль-Багдади

Əbu Bəkr əl-Bağdadi

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Bəşər Əsəd terrorçunun ölməsi ilə bağlı xəbərləri tirajlayan ABŞ-ın konkret sübutları ortaya qoymamasının şübhə doğurduğunu bildirib. Bundan əlavə, Dəməşqin bu məsələ ilə bağlı Vaşinqtonla əlaqə yaratmaması müəmmanı daha da artırır.

Bağdadinin "cəhənnəmə vasil olmasından" dərhal sonra onu Əbu İbrahim əl-Həşimi əl-Qureyşi adlı digər terrorçu əvəzlədi.

Xatırladaq ki, Bağdadi İŞİD-ə 2010-cu ildən rəhbərlik edib.

Top
JoomlaLock.com All4Share.net