Evo Morales danışdı: "Bu Boliviya tarixinə qara ləkədir"
Featured

13 Noyabr 2019

Boliviyanın istefa vermiş prezidenti Evo Morales ölkəsində baş verənlərə münasibət bildirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, hazırda özünü müvəqqəti prezident elan edən, müxalifətin liderlərindən biri olan, senat sədrinin müavini Cinin Anezin bu addımını qanunsuz adlandırıb.

Müxalifətin keçirdiyi aksiyalar və ordunun təzyiqləri nəticəsində istefa verən Evo Morales Meksikaya sığındıqdan sonra paylaşdığı yazılı açıqlamada Boliviyada dünyanın ən pis və biabırçı çevrilişinin baş tutduğunu deyib:

"Bu addım tarixə də qara ləkə olaraq düşdü. Boliviya xalqının iradəsini hədəfə aldılar. Anezin dövlət başçısı seçilməsi Boliviya Konstitusiyasına ziddir."

Qeyd edək ki, Boliviyanın Ali Seçki Məhkəməsi sabiq prezident Moralesin oktyabrın 20-də keçirilən prezident seçkilərində qalib gəldiyini elan etdi. 

Картинки по запросу boliviyanın prezidenti anez

Onun əsas rəqibi - sabiq prezident Karlos Mesa isə bu qələbəni saxta adlandırdı və qəbul etmədi. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada izdihamlı mitnqlər başladı.

Ordu da daxil olmaqla bir çox dövlət qurumları həmçinin polislər də etiraz aksiyalarına qoşularaq xalq tərəfinə keçdi. Noyabrın 11-də Eva Morales istefa verərək, Meksikaya getdi.

Top
JoomlaLock.com All4Share.net