Əfqanıstanda ABŞ əsgəri öldürüldü
Featured

12 Yanvar 2020

Əfqanıstanın cənubunda avtomobilin partladılması nəticəsində iki ABŞ əsgəri ölüb, daha ikisi yaralanıb.

NATO missiyasının "Resolute Support" qrupuna daxil olan Amerika kontingentinin döyüş maşını Qəndəhar əyalətinin cənubundakı Dand əyalətində partlayıcı qurğuya düşüb. Hadisə nəticəsində daha iki əsgərin yaralandığı da bildirilir.

Məlumatda Talibanın məsuliyyəti üzərinə götürdüyü bildirilir.

Top
JoomlaLock.com All4Share.net