ABŞ əsgərlərinə hücum: 7 ölü, 13 yaralı var
Featured

10 Fevral 2020

Əfqanıstanın Nanqarhar vilayətində ABŞ-ın xüsusi qüvvələr əsgərlərinin Əfqanıstan əsgərlərinə dəstək verdiyi bir bölgədə müttəfiq qüvvələr arasında silahlı qarşıdurma baş verib.

Yerli mənbələr Əfqanıstanın cənubundakı Nanqarhar vilayətindəki hərbi bazada bir Əfqanıstan polisinin açdığı atəş nəticəsində 7 ABŞ əsgərinin öldüyü, 13 ABŞ əsgərinin də yaralandığı qeyd olunub. Yaralı ABŞ əsgərlərindən 4-nün vəziyyətinin ağır olduğu bildirilib. Əfqanıstanlı polisin yaralanmadan hərbi bazadan qaçmağı bacardığı açıqlanıb.

ABŞ-ın "Nyu-York Tayms" qəzeti də hadisəni işıqlandığını xəbərində, ABŞ qüvvələrinin Talibana qarşı Əfqanıstan hərbi qüvvələrinə dəstək verdiyi Nanqarhar vilayətində iki müttəfiq güc arasında qarşıdurma baş verdiyini yazıb.

Xəbərə əsasən, ABŞ-ın Əfqanıstandakı hərbi komandanlığının sözçüsü Soniy Leqqett belə bir açıqlama verib: "Nanqarhar vilayətində ABŞ və Əfqanıstan qüvvələri müştərək təşkil etdikləri əməliyyat vaxtı birbaşa atəşə məruz qalıblar".

NYT-yə danışan Əfqanıstan rəsmiləri hadisədə 5-6 ABŞ əsgərinin və 6 Əfqanıstan əsgərinin öldüyünü bildirsə də, amerikalı hərbi mənbələr ən az 6 ABŞ əsgərinin öldüyünü və ya yaralandığını bildirib.

Yerli sakinlər hadisənin baş verdiyi əraziyə hərbi helikopterlərin uçduğunu bildirib.

Münaqişənin səbəbi ilə bağlı hələ rəsmi bir açıqlama olmasa da, hadisənin ABŞ və Əfqanıstan əsgərləri arasında mübahisə və ya Əfqanıstan ordusuna girən Taliban üzvlərinin hücumu ilə əlaqəli olub-olmadığı məlum deyil.

Əfqanıstanın şərqində Pakistan sərhədində yerləşən Nangarhar əyaləti həm Taliban, həm də İŞİD-in güclü olduğu bir bölgə kimi tanınır. Hadisənin baş verdiyi Şirzad bölgəsində Taliban bölgəsinin yoldan və ətraf kəndlərdən təmizlənməsi üçün əməliyyatlar keçirilirdi.(deyerler.org)

Top
JoomlaLock.com All4Share.net