Nazarbayevin nəvəsi Britaniyadan siyasi sığınacaq istəyib
Featured

14 Fevral 2020

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın oğlu Aysultan Böyük Britaniyadan siyasi sığınacaq istəyib.

O, bu barədə "Facebook"dakı hesabında status yazıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, keçmiş prezidentin nəvəsi ona ailəsinin təzyiq göstərdiyini deyib. O, Rusiya və Qazaxıstan hökumətləri arasında yüksək səviyyəli korrupsiya haqqında məlumatlara sahib olduğunu və  bütün təfərrüatları "The Times" qəzetinə müsahibəsində açıqlayacağını bildirib.

Qeyd edək ki, 29 yaşlı Aysultan Nazarbayev, Londonda bir polis işçisinə hücum etdiyinə və başqasına məxsus mülkə qanunsuz daxil olduğuna görə 2019-cu ilin oktyabrında 18 ay sınaq müddəti olmaqla 1 il şərti azadlıqdan məhrum edib. Bundan başqa məhkəmənin verdiyi hökm narkotik asılılıqdan müalicəni, ictimai işlərdə çalışmağı və cəriməni nəzərdə tuturdu.

Top
JoomlaLock.com All4Share.net