Məktəblilər və tələbələr də Trampa YOX dedi-VİDEO
Featured

18 Noyabr 2016

Amerikalı tələbələr və məktəblilər də bu ölkədə keçirilən prezident seçkilərinin nəticəsinə olan etirazlara qoşulublar.

Sputnik bildirir ki, Amerikada prezident seçkilərinin nəticəsinə olan etirazların davamında amerikalı məktəblilər və tələbələr dərslərini tətil edərək, aksiyalara qoşulublar.

Məktəblilər və tələbələr Vaşinqtonda, Texasda və digər şəhərlərdə aksiyalara qatılaraq, yeni seçilmiş prezident Donald Trampın miqrantlar barədə səsləndirdiyi fikirlərə etiraz ediblər.

Vaşinqton ilə  yanaşı Merilənd və Florida ştatlarında da məktəblilər və tələbələr dərslərə girməyərək, Tramp əleyhinə seçkilərə qatılıblar.

ABŞ polisinin bütün səylərinə rəğmən seçki sonrası baş qaldıran xalq etirazları səngimək bilmir.

Top
JoomlaLock.com All4Share.net