Əsir düşmüş İŞİD terrorçusu: Aylıq 200 ABŞ dolları alırdıq

14 Yanvar 2017

Suriya ordu qüvvələri İŞİD terrorçularının mərkəzi hesab olunan Raqqa şəhərinə hücum edib.

Suriya ordu qüvvələri İŞİD terrorçularının mərkəzi hesab olunan Raqqa şəhərinə hücum edib.

Havadan edilən hücumda terrorçuların iki qərargahı məhv edilib, 100 dən artıq terrorçu qətlə yetirilib. Əməliyyatlarda İŞİD terrorçularından bir neçəsi əsir götürülüb. Əsir götürülən terrorçulardan birinin dindirilməsi Suriya televiziyasında yayımlanıb.

Terrorçu Suriyada döyüşdüyü müddətdə hər ay 200 ABŞ dolları aldığını etiraf edib. O İŞİD-ə qoşulmasının səbəbini belə izah edib: "İŞİD-ə qoşulmağa hazır olduğumu onlara dedim. Məni və mənimlə yanaşı neçə nəfəri yük maşını ilə İraqın Xəzan qəsəbəsinə apardılar. İlk olaraq əslən qərb ölkələrindən olan Əbu İmadla görüşdük. O bizi təlimatlandırırdı. Bizim aramızda qərb və ərəb ölkələrindən, əsasən Tunisdən gəlmiş döyüşçülər çoxluq təşkil edirdi. Əbu İmad sonra bizim üçün Əbu Cəndəl adlı birini əmir təyin etdi. Əvvəl bizə 500 ABŞ dolları veriləcəyi deyilsə də, sonradan hər ay 200 ABŞ dolları pul alırdıq".

İŞİD terrorçu daha sonra Suriyaya göndərildiyini və ordada təlimlərdən sonra döyüşlərdə iştirak etdiyini bildirib.(interaz)

Top
JoomlaLock.com All4Share.net