İran ABŞ gəmilərini nişan aldı

15 İyun 2017

CNN telekanalı xəbər verir ki, əsasən, İranın Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus raket kateri lazer işığını ABŞ-ın Dəniz Piyadaları korpusunun vertolyotuna tuşlayıb. Bu haqda ABŞ HDQ-in 5-ci Donanmasının nümayəndəsi Vilyam Urban məlumat verib.

Urbanın sözlərinə görə, ABŞ hərbçiləri İran gəmisinin hərəkətlərini “qeyri-təhlükəsiz və qeyri-professional” adlandırıblar.

O həmçinin qeyd edib ki, İran gəmisi ABŞ vertolyotuna təhlükəli anlar yaşadıb, çünki “hava gəmisinin” lazerlə işıqlandırılması gecə görüntüsü eynəkləri ilə işləyən pilotları çaşdıra bilər.

Hadisə, iyun ayının 13-ü ABŞ-ın 3 hərbi gəmisi və bir CH-53 vertolyotu Hörmüz boğazının beynəlxalq sularından keçən zaman baş verib. ABŞ-dan olan hərbçilərin məlumatına görə, İran gəmisi ilk olaraq ABŞ gəmilərindən birini projektordan işıqlandırıb, daha sonra vertolyotu lazerlə tuşlayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford İran, Rusiya və Çini ölkəsinin əsas rəqibi kimi qələmə vermişdi.(islamazeri)

Top
JoomlaLock.com All4Share.net