Səudiyyənin yəmənlilərə qarşı törətdiyi cinayətin görüntüləri yayımlandı - VİDEO
Featured

13 Noyabr 2017

Bombardman zamanı azı 20 nəfərin öldüyü bildirilir.

Səudiyyə Ərəbistanı başda olmaqda, Koalisiya Qüvvələri Yəmənin Taiz şəhərində dinc sakinləri bombardman edib.

Bombardman zamanı azı 20 nəfərin öldüyü bildirilir. Yəmən mətbuatı hücumdan sonra dəhşətli görüntüləri yayımlayıb.

Qeyd edək ki, 2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb. Hazırda ölkədə 20 milyon nəfərin - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub. Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.

Xatırladaq ki, BMT Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanı Yəməndəki münaqişədə uşaqların qətlində və yaralanmasında təqsirkar olan təşkilatların siyahısına daxil edib. (eastnews.org)

Top
JoomlaLock.com All4Share.net