Prezidentin oğlu Husilərdən intiqam alacağına söz verdi
Featured

05 Dekabr 2017

Dünən Husilər tərəfindən öldürülən Yəmən prezidenti Əli Abdullah Salehin oğlu Əhməd Əli Saleh atasının qisasını alacağını bildirib.

Bu barədə Səudiyyə Ərəbistanı telekanalı məlumat yayıb.


Əhməd Əli Saleh, "Atamın qanı yerdə qalmayacaq. Tərəfdaşlarımızı Husilərlə döyüşə səsləyirəm" , - deyə çağırış edib.


Qeyd edək ki, dünən Yəmənin eks-prezidenti Əli Abdullah Saleh ölkəni tərk etməyə çalışarkən Husilər tərəfindən öldürülmüşdü.

O, Husilərlə ittifaqı pozaraq Səudiyyənin Yəmənə təcavüz koalisiyasına münasibətlərdə "yeni səhifə" yaratmaq təklifi etmişdi.(eastnews.org)

Top
JoomlaLock.com All4Share.net