Yəmən belə viran oldu

06 Fevral 2018

Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəmən son iki ayda 47 min nəfərin evlərindən didərgin düşdüyünü açıqlayıb.

BMT-nin baş katibinin sözçüsü Stephane Dujarric keçirdiyi mətbuat konfransında bildirib ki, Yəmənin Taiz və Hudaydah bölgəsində artan gərginlik səbəbiylə son iki ayda 47 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

S.Dujarric deyib ki, ötən il SƏudiyyə Ərəbistanın Yəmənə təcavüzü və tətbiq etdiyi sanksiyalar nəticəsində bu ölkədə böhran hələdə davam edir, ərzaq qiymətləri ötən illə müqayisədə 47 faiz artıb.

Qeyd edək ki, Yəmən xalqının 75 faizinin təcili yardımlara ehtiyacı var. 8 milyon yəməlinin özləri üçün daha bir gün yemək tədarük etməyə belə imkanları yoxdur.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 3 ilə yaxındır ki, Yəmən sabiq prezidenti Mənsur Hadini təkrar iqtidara gətirmək məqsədilə ölkəyə təcavüz etmiş. Səudiyyə rejiminin başçılığı ilə təşkil olunan təcavüz nəticəsində indiyədək 10 min Yəmənli həyatını itirib və 21233 yəmənli isə yaralanıb. On minlərlə insan evlərindən didərgin düşüb.

BMT- nin verdiyi hesabata görə, Yəməndə tibbi ocaqları və xəstəxanaların dağılması,işləməməsi və tibbi avadanlıq çatışmamazlığılna görə, 15 milyon yəmənli tibbi xidmətlərdən məhrumdur. Yəmənlilər sağlam qidalanmadığı üçün hazırda 3 milyon nəfər insan vəba xəstəliyinə yoluxma təhlükəsi ilə üz-üzədir.(maide.az)

Top
JoomlaLock.com All4Share.net