Afrindəki hərbi əməliyyatlarda 31 Türkiyə əsgəri şəhid olub

12 Fevral 2018

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün yanvarın 20-də başladığı "Zeytun budağı" əməliyyatında indiyə qədər 31 əsgər şəhid olub, 143 əsgər yaralanıb.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bu gün yaydığı məlumatda əksini tapıb.

Ötən dövr ərzində Türkiyə Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində terror təşkilatına məxsus 627 hədəf məhv edilib, 1369 terrorçu zərərsizləşdirilib.

Top
JoomlaLock.com All4Share.net