İsrail əsgərləri ağac əkən fələstinliləri güllələdi

17 Fevral 2018

Qərbi Şəriənin Nablus şəhərində sionistlərin zəbt etmək istədiyi Beyta bölgəsinə zeytun ağacları əkmək istəyən fələstinlilərə sərt müdaxilə edilib.

İsrail hərbiçiləri dinc əhaliyə gözyaşardıcı qaz, həqiqi və plastik mərmilər istifadə ediblər.

Hadisə nəticəsində yaralananlar olub.

Beyta Bələdiyyəsinin sədri Fuad Məali bildirib ki, yəhudi işğalçılar hazırda fələstinlilərə məxsus əraziləri zəbt etməyə davam edirlər. Məlumata görə, bölgədə çoxlu sayda prefabrik evlər yerləşdirilib.

Top
JoomlaLock.com All4Share.net