İşğalçı İsrail "Məscidi-Əqsa"nın altını niyə eşir?
Featured

28 Fevral 2018

İşğalçı sionist rejim "Məscidi-Əqsa"nın altında qazıntılar aparmasını inkar etməsinə baxmayaraq, bu fakt fələstinlilər üçün həqiqiliyini itirməyib.

Hazırda Şərqi Qüdsün yəhudiləşdirmə prosesi göz qabağında həyata keçirilir.

Lakin, qazıntı işlərinin hansı məqsədə xidmət etməsi isə fələstinlilər üçün naməlumdur.

Qüds Ali İslam Heyyətinin rəhbəri və "Məscidi-Əqsa"nın xətibi Şeyx İkrimə Sabri bildirib ki, hazırda "Məscidi-Əqsa"nın olduğu bölgədən külli miqdarda tullantı daşınır.

O, qazıntı işlərinin əsas məqsədinin yəhudi tarixinə aid faktlar tapmaq olduğunu, lakin, 1967-ci ildən aparılan bütün qazıntılarda bu istiqamətdə heç bir faktın üzə çıxmadığını söyləyib.

Ş.Sabri məscid ətrafında tapılan tunellərdə aparılan qazıntıların bir çox evlərin divarında çatlaqlar yaratdığını da vurğulayıb.(maide.az)

Top
JoomlaLock.com All4Share.net