Koalisiya qüvvələrinin Suriyanı tərk edəcəyi vaxt açıqlandı
Featured

16 Aprel 2018

Fransa Prezidenti Emmanuel Makron koalisiya qüvvələrinin Suriyanı tərk edəcəyi vaxtı açıqlayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, çıxışı zamanı ABŞ-ın və koalisiya qüvvələrinin Suriyada dinc əhalinin başına bomba yağıdrmasını, Suriya xalqını xilası üçün atılan addım adlandırıb: "Beynəlxalq koalisiyanın Suriyadakı hərbi öhdəlikləri İŞİD terror qruplaşması ilə müharibə bitən kimi başa çatacaq. Bundan başqa, Suriyada sülhün bərpasına görə məsuliyyət də var.

Fransa da, ABŞ da bu mövqedədir ki, hərbi öhdəliklər İŞİD-ə qarşı yönəlib və bu, terror təşkilatına qarşı müharibə bitəndə yekunlaşacaq".

Qeyd edək ki müsəlmanların müqəddəs Məbəs bayramında-14 apreldə ABŞ Suriyaya, dinc əhalinin başına yağıdrıdığı bombaları da sülh naminə etidiyini bildirib. Dinc əhalinin öldürülməsinin sülh məsələsinə bağlayan ABŞ prezidenti və onun tərəfdaşları bu açıqlamaları ilə bütün dünyanı ələ salırlar.

Top
JoomlaLock.com All4Share.net