ABŞ bəşəriyyəti III Dünya savaşına sürükləyir
Featured

17 Aprel 2018

Səhnələşdirilmiş kimyəvi hücum ssenarisinin pərdəarxası – Qurban Cəbrayıl yazır

"Hər şey, o cümlədən yalan da həqiqətə xidmət edir" (Frans Kafka)

Əslində Suriyadakı müharibə 4-5 ay bundan öncə bitmişdi – özü də Bəşər Əsəd hakimiyyəti və müttəfiqlərinin təkcə bu ölkənin deyil, regionun, dünyanın canına daraşdırılmış İŞİD terrorçuları üzərində qələbəsi ilə... Amma təbii ki, belə nəticə qanlı İŞİD layihəsinin müəllifi olan Qərb – ABŞ və müttəfiqləri üçün sərfəli sayılmazdı. Xüsusən, həm də o halda ki, oxşar hadisələrlə bulanıq sularda balıq tutmağı (indiki halda, barıt qoxulu havada torpaq mənimsəməyi) xoşlayan, sərhədləri İrana yaxınlaşdırmaqdan ötrü Suriya boyda bir faciənin ilhamvericisi, nəticədə əzəli-əbədi rəqibi ilə təkbətək qalıb nanə yarpağı kimi titrəyən İsrailin vay-şivəni fonunda nəsə eləmək lazım idi. Elədilər də...

Rəsmi Dəməşqdən 7 illik müharibənin nəticələrini aradan qaldırmaq, qaçqın-köçkünləri geri qaytarmaq, tamamilə dağıdılmış ərəb məmləkətinin yaralarını sağaltmaq bəyanatları səslənərkən Türkiyənin "yadına sərhədboyu ərazilərdə yerləşən kürdlərlə haqq-hesabı çürütmək" düşdü.

Hörmətli Rəcəb Tayyib Ərdoğan xeyli vaxtdır elan etdiyi "kürd açılımı" barış siyasəti ilə yanaşı, kürdlərin İŞİD-ə qarşı qəhrəmanlıqla döyüşməsini də unutdu və yalnız igid mehmetciklərin yox, terrorla mübarizə zəminində sərhədlərdən dışarı atılan azğın Azad Suriya Ordusu (ASO) tör-töküntülərinin də təkrar ölkənin içərilərinə yeridilməsi işinə başladı.

Похожее изображение

Beləcə, təkcə talesiz suriyalıların, müsəlman aləminin deyil, mütərəqqi bəşəriyyətin dərindən nəfəs alaraq, "nəhayət ki, nahaq qanlara son qoyuldu" arzusu gözündə qaldı. Bir zamanlar "İncirlik"dən qalxan təyyarələrin müsəlman ölkələrini bombalamasından xalqının xəcalət çəkdiyi, AKP hakimiyyətə gələrkən "Allaha şükür ki, Qərbin boyunduruğundan qurtuldular" deyə sevindiyimiz Türkiyənin indi nəhəng siyasi qumar masası ətrafına pərçimlənib "kimin əlinə oynaması" barədə qoy, dəyərli oxucular özləri nəticə çıxartsınlar...

Neçə gün əvvəl Suriyadan gələn xəbərlər arasında "rejimin kimyəvi silah tətbiqi"ni görəndə bərk diksindim; əlbəttə, tanış ssenaridir: dünya jandarmeriyası ona baş əyməyən dövlətləri, yaxud qudurub cızığından çıxan tiranları eyni üsulla cəzalandırır, yaxın keçmişdə bunun çoxsaylı nümunələri var. Amma bəhanə ilə cəzalandırma arasında belə qısa zamanın olacağını gözləmirdim.

Adətən, superdövlətlərin təbliğat maşını oxşar məsələləri aylarla tirajlayır, beynəlxalq ictimaiyyəti "vəziyyətin gərginliyinə, güc tətbiq etmədən sülh yaranmayacağına" tam inandırmağa çalışır. Bu dəfə yaman tələsdilər, görünür uydurduqları yalanın ayaq tutacağına heç öz əminlikləri də yox idi...

Beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozaraq, heç bir beynəlxalq təşkilatla razılaşdırmadan, ən başlıcası, kimyəvi silahlarla mübarizə üzrə qurumun araşdırması və rəyi olmadan suveren ölkənin ərazisinə 103 raket atandan sonra məlum olur ki, Duma şəhərindəki sözügedən olaya dair heç bir dəlil-sübut aşkarlanmayıb.

Həmin bir-iki dəqiqəlik bədnam süjeti isə Bəşər Əsədə düşmən mövqeli müxaliflərdən ibarət, ofisi Çikaqoda yerləşən "ABŞ-Suriya səhiyyə körpüsü" adlı qurum hazırlayıb, hansı ki, görüntülərdə həkim və xilasedicilər guya kimyəvi silahdan zərərçəkənləri (qəzəbi şiddətləndirmək üçün qadın və uşaqlardan istifadə olunub) su şırnağına tuturlar.

Картинки по запросу башар асад фото

Mənim bu sahədən bilgim çox zəifdir, kimyəvi maddənin aşındırdığı dərinin üstünə şlanqdan su fısqırtmağın müvafiq təlimatlarda yazılıb-yazılmadığını da bilmirəm, amma belə yardımın nəinki effekt vermədiyini, əksinə, ağrıları daha da şiddətləndirdiyini mütəxəssislərdən eşitmişəm.

Qonşu, qardaş ölkənin iqtidarının baş verən vəhşi olayı dəstəkləməsi ağrılı məqamlardandır. XİN rəhbəri "belə hücumların mövcud rejim devrilənədək davamı" istiqamətində bəyanat səsləndirdi. Qəribədir, əcaba, sayın Mövlud bəy İraq, Liviya və digər ölkələrdə "rejimin devrilməsinin" heç də xoşbəxt gələcəyə aparmadığını bilmirmi? Təcrübəli diplomat bölgədə hansı oyunların oynanıldığından xəbərsizdirmi? Cənab Ərdoğan və Çavuşoğlu "İncirlik"dən idarə olunan qüvvələrin 2015-ci ilin 15 yununda az qala taxt-taclarını aşıracaqlarını nə tez unutdular?!

Ümumiyyətlə, hadisələri nəzərdən keçirərkən ortaya sual çıxır: ağır itkilərə baxmayaraq, xarici müdaxiləyə dirəniş göstərib uğurlu müdafiə taktikasl reallaşdıran bir hakimiyyətə kimyəvi hücum lazım idimi? Elə srağagün məşhur "Sky News" telekompaniyasının canlı yayımına qoşulan İngiltərənin təqaüddəki generalı Conatan Şov da "Əsəd rejimi nə üçün kimyəvi silahdan istifadə etsin" sualına görə nitqini sona çatdıra bilmədi. O, Suriyanın qələbə qazandığı bir vaxtda kimyəvi silahdan istifadənin məntiqə sığmadığını söylədi. "Müzakirədə gözdən qaçırılan Suriyanı Şərqi Qutada kimyəvi silah tətbiqinə niyə məcbur olmasıdır.

Tam da suriyalılar qələbə qazanarkən...", - deyən müsahibin sözü ağzında qaldı. Keçmiş hərbçinin obyektiv təhlillə Böyük Britaniyanın təcavüzkar siyasətini ifşaladığını görən aparıcı Cem Vaşinqton bərk həyəcanlanaraq verilişə başqa qonaqla davam etdi...

Картинки по запросу башар асад и путин

Digər maraqlı fakt yenə də Qərb kəşfiyyatçılarının meşin üzlüklü qalın qovluqlarında "yatır". Diqqətli müşahidəçilər yaxşı bilirlər ki, Suriyaya yönəlmiş kimyəvi saldırı böhtanı təzə məsələ deyil, kütləvi qırğın silahından istifadə böhran və müdaxilə dövründə dəfələrlə müxtəlif "maraqlı instansiyalar" tərəfindən qaldırılıb.

Xüsusən İŞİD-in partlayıcı üzrə mütəxəssislərinin bəlli istiqamətlərdən əllərinə keçən komponentlər vasitəsilə düzəltdikləri primitiv bombalar xalqa və Əsədi dəstəkləyən qüvvələrə qarşı işlədilsə də, günah əks cəbhənin üzərinə atılıb.

Uzun araşdırmaların yekununda - hələ 2014-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin Suriya bölməsi guya hakimiyyətə məxsus məxfi kimyəvi laboratoriyaların tamamilə məhvi barədə hesabat hazırlayıb.

Lakin görünür ki, növbəti işğallara zəmin hazırlamaq üçün dünya ictimaiyyətinə üfürülən seriya yalanlar sırasında "hansısa sexin fəaliyyəti", "anbarda qorunub saxlanılma" iddiaları ilə MKİ məlumatlarını etibarsızlaşdırmaq, yaxud dəlilsiz-sübutsuz Rusiyadan təchizat fikrini irəli sürmək də mümkündür.

Dünənki brifinqdə də ABŞ Müdafiə Nazirliyinin nümayəndələri jurnalistlərin haqlı iradları qarşısında aciz duruma düşdülər. "Pentaqon rəhbərliyi Suriya rəhbərliyinin kimyəvi silah tətbiqinə dair konkret sübutlara malikdirmi" sorğusu müqabilində "hələlik araşdırma aparılır", "faktlar toplanılır" kimi ümumi cavablar səsləndirildi.

Ən nəhayət, ABŞ, Böyük Britaniya və Fransanın BMT Təhlükəsizlik Şurasına Suriya ilə qətnamə layihəsi göndərdiyi açıqlandı. Bu, Rusiyanın Vaşinqton, London və Parisdən Suriyaya təcavüzün dərhal dayandırılması tələbini ehtivalayan və qəbul olunmayan məlum sənədindən sonraya təsadüf edir.

Üç dövlətin təqdimatındakı qətnamə layihəsində isə humanitar yardımın maneəsiz nəqlinin təmini, atəşkəs çağırışı və Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında Dəməşqlə sülh danışıqlarına başlanması tələbləri var.

Ən gülüncü bilirsiz nədir? BMT nizamnaməsinə və beynəlxalq hüquqa tüpürərək suveren ölkəyə 103 qanadlı raket atdıqdan sonra həmin sənədə Suriyada kimyəvi hücum barədə məlumatın müstəqil araşdırılması təklifi...

Похожее изображение

Belə çıxır ki, XXI əsr Qərb sülh strategiyası və demokratiya təməl prinsiplərindən biri, məşhur lətifədə deyildiyi kimi, məzlum müsəlmanın "qulağını kəsdikdən sonra saymaq" ənənəsindən ibarət imiş...

Burada diqqətçəkən əsas məqam, yerli hinduların soyqırımı və yurd-yuvalarından kütləvi şəkildə qovulması nəticəsində yaranan ABŞ-ın, əsrlərboyu qurduqları ucsuz-bucaqsız müstəmləkə imperiyalarından ah-nalələrin ərşə yüksəldiyi İngiltərə və Fransanın abırsızcasına humanizm libasında təzahürüdür.

Zamanın istehzasına baxın, təkcə milyonlarla insanı yox, bütün canlı aləmi, torpağı, bitki örtüyünü külə döndərən, suyu, havanı zəhərləyən hegemon qüvvələr indi Əsəd ordusunun uydurulmuş "kimyəvi hücumu"ndan narahat olmağa, 7 illik təcavüzlə yurd-yuvalarında bombalayıb qətlə yetirdikləri, qaçqına çevirib okean sularında boğduqları yüz minlərlə suriyalıların taleyinə acımağa başlayıblar.

Müasirlərimizin hindu genosidindən məlumatsızlığı təbiidir, amma Ağ Evin 1945-ci ildə atom ocağı qaladığı Xirosimo və Naqasakidəki faciələr, səksəninci illərin əvvəllərində yazıq vyetnamlıların kimyəvi napalm bombaları ilə pörşələnməsi, 8 illik mənasız müharibə ilə İslam respublikasının üzərinə qaldırdığı Səddama verdiyi kimyəvi-bakterioloji silahdan zərər çəkən iranlıların və iraqlıların aqibəti və digər onlarla rəzil hadisələr unudulacaq qədər uzaq məsafədə qalmayıb.

Məhz sözügedən işğalçı hakimiyyətlər, cinayətkar başçılar vaxtında beynəlxalq məhkəmələrdə müttəhimlər kürsüsündə əyləşdirilib layiqli cəzalarını almadıqlarına görə Yer kürəsində sülh və əmin-amanlığın bərpasından danışmaq hələ çox tezdir.

ABŞ və müttəfiqlərinin bəşəriyyəti III Cahan savaşına sürüklədikləri gün kimi aydındır. Burada qaranlıq, tam müəyyənləşməyən bəzi dövlətlərin, liderlərin, siyasətçilərin, ictimaiyyət nümayəndələrinin mövqeyidir.

Похожее изображение


Ötən əsrin otuzuncu illərində Adolf Hitler şəxsində bir avantürist və onun nasional-sosialist komandasının hakimiyyətə yiyələnməsi ilə Avropa faşizm mərəzinə tutulanda, prosseslərin dəhşətli sonluğu barədə qənaətin hasilindən ötrü nostradamusluğa ehtiyac yox idi. Lakin çoxları nəinki önləyici addımlar atmadılar, hətta bir psixopatı "mənim fürerim" deyə, allahlaşdırdılar. Nətisədə, milyonlarla günahsız insan öldü, qoca qitə dağıldı və bərpasına onillərlə vaxt lazım gəldi.

Üçüncü eranın əvvəllərində də mason lojasının xeyir-duası ilə okeanın o tayında birinci kresloya sahib çıxmış bir ağıldankəm elə sionistlərin əmrinə boyun əyərək bütün dünyaya hökmranlıq niyyətindədir. Onun qarşısını almaq üçün tədbirlər görülməsə, planetin aqibəti çox pis olacaq, xüsusilə nəzərə aldıqda ki, artıq "Kalaşnikov" avtomatları, "T-72" tankları ilə döyüşmürlər və müasir silahların işə düşməsi savaşsonrası bərpa işlərini sadəcə, mümkünsüz edəcək...

Bəs biz nəyi gözləyirik? Bu gün hərəmiz bir kimyaçı-ekspertə dönüb Bəşər Əsədi qınadığımız, "diktator"un ünvanına lənət, söyüş, qarğış yağdırdığımız kimi, açıq şəkildə müharibəyə təhriklənən Rusiya və İranın sabahkı hərəkətlərinə – bəlkə də cavab tədbirlərinə görə onlara yönəlmiş kampaniya xarakterli əsassız ittihamlara, suçlamalara qoşulmağımı?!

Top
JoomlaLock.com All4Share.net