Sionistlərin vəhşiliyi davam edir – 18 Şəhid -350-dən çox yaralı
Featured

14 May 2018

Fələstində geniş miqyaslı etiraz aksiyası davam edir. 

Qəzza ilə Fələstinin işğal olunmuş əraziləri sərhəddində işğalçı İsrail rejim qüvvələri bu günki etiraz aksiyalarında 18 fələstinlini şəhid edib, 950-dən çox fələstinlini yaralayıb.

ABŞ səfirliyinin Qüdsə köçülməsinə Avropa İttifaqı ciddi tərzdə etirazını bildirib.

Fələstin İdarəçiliyinin prezidenti Mahmud Abbas Trump-ın qərarını "əsrin təhqiri" adlandırıb.

Minlərlə fələstinli bazar günü etiraz bildirmək üçün İsraili Qəzza Zolağından ayıran hasarın qarşısına toplaşıb.

Martın sonundan İsrail əsgərləri ilə toqquşmalarda 50-dən çox fələstinli öldürülüb.

BMT insan haqları komisiyasının başçısı Zeid Raad əl-Hüseyn İsraili "həddən artıq güc" istifadə etməkdə ittiham edib.

İsrail təkid edir ki, qanun çərçivəsinə mülki əhalini silahlılardan qorumaq üçün tədbirlər görüb.

Fələstinlilərin Qəzzada keçirdiyi aksiyaya sionist əsgərlərin güllə yağdırması davam edir.

İlkin Əli Məmmədli adlı şəxsin şəkli.

Bu gün İsrail rejimi bu fələstinlini Şəhid edib

Aksiyada şəhid edilənlərin sayı 7-yə çatıb. Bundan öncə 1 nəfərin öldürüldüyü bildirilmişdi.

Bundan başqa, 165-i güllə ilə, 92-si də gözyaşardıcı qaz və digər maddələrlə olmaqla, ümumilikdə yaralıların sayı 257-yə çatıb.

İşğalçı İsrail Qəzza sərhədini "qapalı hərbi bölgə" elan edib və burada hər hansı aksiya üçün ordudan icazə alınmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, Qəzza sektorunun sərhədində fələstinlilərin "Böyük qayıdış" yürüşü və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyalarına təqribən, 10 min fələstinli toplaşıb.(maide.az)

 
 
 
 
 
 
 
 
 
 
Top
JoomlaLock.com All4Share.net