Print this page

Qüds məsələsində ABŞ İsraili tələyə saldı-MÜSAHİBƏ
Featured

04 İyun 2018

İyunun 1-də Fələstin torpaqlarında 21 yaşlı fələstinli tibb bacısı Razan Naccar qətlə yetirildi. O, İsrail silahlılarının güllələdiyi, “Böyük Dönüş Yürüşü”nə qoşulan fələstinlilərə tibb yardım göstərirdi. Fələstinlilər öz doğmaca torpaqları və müqəddəs Qüds uğrunda hər gün Şəhid olurlar.

Əslində İsrail müharibə şəraitində tibb işçisini güllələməklə daha bir beynəlxalq qanunu pozdu. Lakin dünya bu qətliamdan da sükutla keçdi. Çünki kimin öldürülməsi deyil, kimin öldürdüyü şərtdir müasir dünyada.

Yüz illərdir bu torpaqlara Şəhidlərin müqəddəs qanı tökülür. Amma istənilən nəticə əldə edilmir.

Vetenugrunda.az Qüds Günü ilə bağlı layihəyə başlayır. Qüdsün tarixi və Qüds ətrafında baş verənləri müxtəlif insanların yanaşmasında oxucularımıza təqdim edəcəyik.

Müsahibimiz tarixçi alim Dilavər Əzimlidir. O, söhbətə Qüdsün qədim tarixi ilə başladı:

“-Qüds haqqında bunları bilirik: Qüds (ərəb القدس‎‎ əl-Qüds) (ivr. יְרוּשָׁלַיִם‎ Yerushalayi və ya Yerusəlim) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biridir. Bu şəhərin çox böyük dini əhəmiyəti vardır. Bu ərazi Osmanlı imperiyası hakimiyyəti zamanı sakit bir ərazi idi. Vəziyyət XVIII əsrdə dəyişməyə başladı. Avropa dövlətlərinin Yaxın Şərq siyasəti aktivləşməyə başladı. Bunu yolu isə Yaxın Şərqdə proseslərı dərinləşdirmək və Osmanlı idarəçiliyini sarsıtmaqdın keçidi. İlk olaraq ərəb millətçiliyi dəstəkləndi.

XIX əsrin sonlarında isə İsrail dövlətinin yaradılması uğrunda siyasi proseslərə start verildi. Onların bu arzuları I Cahan savaşında həyata keçdi. Bu Cahan savaşının əsas məqsədi Osmanlı imperiyasını sıradan çıxarmaq idi. Osmanlı imperiyası nəzarət edtiyi çoxlu əraziləri itirdi. Bunların böyük qismi də ərəb dünyası idi.

İsrail dövlətini yaratdıqdan sonra isə bu ərazidə yeni xəritə cızdılar. Elə bir mürəkkəb vəziyyət yaratdılar ki, İsrai ilə Fələstin arasında daima münaqişə olsun. Xüsusilə də Qüds məsələsində…

Bu gün İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail dövləti uzun müddətdir ki, bütün hökümət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar. Lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır.

Ən qədim Mesopotomiya mixi yazılarında Qüdsün adı “Tanrının şərəri” anlamına gəlir və “Urusalima” olaraq göstərilir. Qüdsün yəhudilərlə bağlı tarixinə dair göstərilir ki, yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə, yəni e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir.

Tarixi məlumatlar sübut edir ki, tarix boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilmişdir.

O da məlumdur ki, Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə. 4-cü minillikdə salınmışdır. Qüds özünün çiçəklənmə dövrünü Osmanlı imperiyası zamanı yaşamışdır. Bu şəhərin darmadağın edilmiş divarları 1538-ci ildə, Sultan Süleyman Qanuninin hökmranlığı altında yenidən hörülmüşdür. Hazırda həmin divarlar müsəlman, xristian, yəhudi və erməni olmaq üzrə dörd məhəllədən ibarət Köhnə Şəhəri əhatə edir.

1981-ci ildə Köhnə Şəhər Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Həmin ərazi eyni zamanda təhlükədə olan Ümumdünya irsləri siyahısına da daxil edilib. Qüds hər üç səmavi din olan İslam, İudaizm və Xristianlıq üçün müqəddəs şəhər sayılır. Qüdsdə bu dinlәrin әn məşhur mәbәdlәrinin bir hissәsi yerləşir.

Qüds üç böyük din arasındakı ortaq nöqtә kimi bәşәriyyәt tarixindә özәl bir әhәmiyyәt daşıyır. Qüdsdә olan Əl-Əqsa məscidi müsәlmanların ilk qiblәsi olmuşdur. Qüds müsәlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqәddәs şәhәrdir.

Göründüyü kimi bu şəhər dini mərkəzdir. Bu şəhəri inhisara alıb onu təkcə bir dinin mərkəzi etmək üçün gərək səmavi kitablarda yazılanlara əməl edəsən. Səmavi kitablardan bəllidir ki, sonuncu kitab Qurani-Kərimdir. Bu bütöv, tam təkmil kitab olmaqla Allah tərəfindən göndərilmiş müqəddəs kəlamlardan ibarətdir. Özündən əvvəlki səmavi kitabları təsdiq etməklə, onların davamı kimi qəbul edilir. İslam dininin bütövlüyü də bundadır.

Səmavi kitablarda da sonucu peyğəmbərin gəlişi haqqında ayələr olmuş və Qurani-Kərimin nazil olacağı barədə informasiyalar verilmişdir. Amma həmin ayələr olan müqəddəs səmavi kitablar iudaizm cə xristian ruhanilərinin rəhbərlikləri ilə məhv edilmiş və onlar tərəfindən yeniləri yazılmış, oradan da sonuncu peyğəmbər və Qurani-Kərim barədə ayələr çıxarılmışdır.

Əslində, əsl həqiqət burada pozulmuşdur. Amma Qurani-Kərim bunları anlamaqda bizə yardım etmişdir. Məsələyə bu istiqamətdə nəzər yetirmək lazımdır.

Eyni zamanda Məkkə, Mədinə və Qüds şəhərlərinin ilahi əhəmiyyəti vardır. Bunlar dini mərkəzlər olmaqla bir-birlərini tamamlayırlar. Özlərini müsəlman sayan hamı üçün bu şəhərlər müqəddəsdir. Əslində, bu dünyaya vahid baxış və bütün dünya müsəlmanlarının bir Allaha tapınması məsələsidir. Bilirsiniz ki, müsəlman Allahı tək tanıyanlara deyirlər. Bu mənada Qüds Məkkə və Mədinə kimi bütün müsəlmanların müqəddəs şəhəridir.

Amma Qüdslə Qarabağ arasında oxşarlıq görmürəm. Qarabağ Azərbaycanın tarixi ərazisidir və dini mərkəz deyildir. Sadəcə olaraq, deyə bilərsiniz ki, Qüds də Qarabağ kimi işğala məruz qalıbdır. Burada bir oxşarlıq olsa da, tam deyildir. Çünki Qarabağ Rusiyanın birbaşa iştirakı ilə erməni daşnakları tərəfindən işğal edilibdir. Amma Qüdsün ilahi mahiyyəti dəyişdirilibdir. Buna da yardımçılığı ABŞ etdi. Əslində, bu məsələdə hədəf daha çox Türkiyədir. ABŞ Yaxın Şərqdə özünün ən böyük müttəfiqi İsraili görür. Bu dövlətin yaradılmasında da ən aktiv fəaliyyət göstərmişdir. Belə vəziyyətdə Yaxın Şərqdə dini proseslərə də nəzarət etmək lazımdır. Bu isə dini parçalanmadan, bir-birinə düşmənçilikdən gedir. Bu mənada Qüdsün İsrailə verilməsində ABŞ məhz bu istəyini həyata keçirir. Ərəb dünyasının açarı ABŞ-ın əlindədir. Çünki ərəb dünyasının iri dövlətlərinin üzü Vaşinqtona baxır. Bu mənada Qüds məsələsində susdular. Qüdsün İsrailə verilməsi bu ərazilərdə həm də onun dini hegemonluğunun təmin edilməsi deməkdir. Bu isə bu ərazilərdə dinlər arasında daima düşmənçiliyi davam etdirmək deməkdir.

-Qüdsdə ABŞ səfirliyinin açılması ilə fələstinlilərin "Böyük Dönüş"ü başladı. Bu Dönüş zamanı İsrail silahlıları, əlində sapand və adicə daş olan fələstinlilərin üzərinə müasir siahlarla getdi və fələstinlilər öz yurdunda 60-dan çöx Şəhid verdi, üç mindən çox insan yaralandı. -Sizcə fələstinlilər "Böyük Dönüş" üçün çox gecikməmişdilər ki?

-Qüdsdə ABŞ səfirliyinin açılmasına Avropa dövlətləri, hətta Vatikan da etiraz etdi. Onlar bunun birbaşa ABŞ layihəsi olduğunu bilirdilər. Bilirik ki, Avropa ilə ABŞ arasında Yaxın Şərq məsələsində ziddiyyətlər vardır. Bir daha əlavə edək ki, bu birbaşa ABŞ layihəsi idi. Burada bir məsələ vardır. İsrailin fələstinliləri qətlə yetirmələri onun özünə qarşı da işlədi. Yəni, dinc əhaliyə qarşı atılan bu addım dünya tərəfindən pislənildi.

Hesab edirəm ki, bu məsələdə ABŞ ikibaşlı oyun oynadı. Həm İsraili tələyə saldı, həm də dinlərarası ziddiyyətləri daha da dərinləşdirdi. İsrail bu cür qətllər törətməklə özünün imicinə ciddi ziyan vurdu və ABŞ-a ona qarşı istifadə üçün yeni fürsət verdi.

Bəs fələstinliləri necə, buna vadar edən var idimi? Onlar bilmirdilər ki, İsrail dinc əhaliyə atəş açacaqdır? Hesab edirəm ki, bu məsələdə çox böyük oyunlar var idi. Ara yerdə dinc əhalini qırdırdılar. Böyük siyasətə qurban verdilər. Amma bununla belə İsrailin bu addımı pislənilməlidir. Çünki İsrailin Qüds şəhərinə təkbaşına iddiası tamamilə əsassızdır. Kökündən yanlışdır. İsrailin dini baxışları da düzgün deyildir.

Özünü ayrıca bir dövlət kimi apardığı kimi, öz dinini də bütün dinlərdən yüksək sayır. Əslində, bu cür dini baxışlar səmavi kitablarda əks olunan ayələrə ziddir. Fələstinlilərin “Böyük Dönüş” üçün gecikmələri məsələsi isə fikrimcə, elə bir əhəmiyyət kəsb etmir. Çünki az qala yüz ilə çatır ki, onlar böyük siyasətin qurbanlarına çevriliblər. Onlar haqqında yüzlərlə BMT qətnamələri çıxıbdır. Amma əməl olunmur. Bu mənada “Böyük Dönüş” haqqında nəsə demək olmur.

-ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi, Azərbaycan torpaqlarını işğal edən ermənilər üçün hansı imkanları açacaq? Məsələn, ABŞ Ermənistandakı səfirliyin Şuşaya köçürərəsə...

-ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köşürülməsi, Azərbaycan torpaqlarını işğal edən ermənilər üçün hansısa imkanlar aça bilməz. Bir də ABŞ heç bir zaman Ermənistandakı səfirliyini Şuşaya köçürə bilməz. Bunlar fərqli-fəqli məsələlərdir.

Birincisi, Azərbaycan müstəqi dövlətdir və ABŞ onun ərazi bütövlüyünü tanıyır. Azərbaycanla müəyyən məsələlərdə müttəfiqdir. Fələstin məsələsi isə belə deyildlir. Unutmayın ki, ABŞ Yaxın Şərq məsələsində özünü tam söz sahibi kimi aparır. Bu region onun üçün çox əhəmiyyətlidir. 

ABŞ İsraili bu regionda özünün əlinin altında olan söz sahibinə çevirmək istəyir. Bu adi bir aksiomadır. Bu mənada Qüds məsələsinin Qarabağla müqayisəsini düzgün hesab etmirəm. Bircə, işğalla bağlı müqayisəyə gələ bilər. Amma Qüdsün işğalı təkcə fələstinlilərin problemi deyildir. Bu bütün dünya müsəlmanlarına meydan oxumaqdır. Çünki Qüds bütün müsəlmanalr üçün müqəddəs şəhərdir.  

-Bilirsiniz ki bu il Eurovision mahnı yarışmasının qalibi israilli müğənni oldu. Fələstinin tarixi torpaqlarını işğal edən İsrailin baş naziri Binyamin Netenyahu gələn il müqəddəs Qüdsdə, müsəlman torpağında müsəlmanların müqəddəs kitabında lənətənən maviliyi təbliğ edən Eurovision mahnı yarışmasını keçircəklərini bildirib. Sizcə, bu bütün islam dünyasına meydan oxumaqdır, yoxsa Qüdsə sahiblənmək inancını aləmə car çəkmək?

-Mən həmişə bu cür musiqi yarışamsına başqa prizmadan yanaşmışam. Bu yarışma beynəlxalq mason təşkilatları tərəfindən ortaya atılmışdır. Göründüyü kimi ona maraq da yoxdur. Bu mənada İsrailin baş naziri Binyamin Netenyahunun dediklərinin əhəmiyyəti yoxdur. Əlbəttə, İsrail Qüdsü birbaşa özünkü hesab edir. Onun üçün əsas qayə bax budur. Orada musiqi yarışı keçirildi, keçirilmədi, bunun elə də fərqi yoxdur.

Əsas odur ki, bu şəhərə yiyələnmişdir. Hesab edirəm ki, bu məsələdə ən böyük məsuliyyət elə İslam dünyasının üzərinə düşür. Əslində, Yaxın Şərq probleminin, o cümlədən Fələstin məsələsinin bu günə gəlməsində ərəb islam dövlətlərinin birbaşa günahı vardır. Elə götürək Səudiyyə Ərəbistanını, Misiri… Yaxud digər ərəb islam dövlətlərini… Onlar bu məsələdə necə hərəkət ediblər? Kimin tərəfində olublar? Tarixə bir baxın…

Elə həmin ərəb dövlətlərindən bəziləri Fələstin ərazilərini zəbt ediblər. Onlar üçün Fələstinin müstəqilliyi sərf etmir. Çünki ərazi məsələləri ortaya çıxcacaqdır. Yenə də bildirirəm ki, bu məsələdə əsas qayə İsraili Yaxın Şərqdə söz sahibinə çevirməkdir. Bu da ABŞ siyasətinin başlıca prioritetidir.

Related items