Eldəniz Quliyev: "İsrail anoloqu olmayan siyasi həyasızlıq edir"
Featured

05 İyun 2018

"Qüds bütün müsəlman dünyasının ürəyidir. İnsana olan hər hansı bir xəyanət, zərbə, ağrı birinci ürəyində duyulur. Qüdsə vurulan zərbələr bütün müsəlman dünyasının ürəyini ağırıdır". Bu sözləri vetenugrunda.az-a Qüds Günü ilə bağlı açıqlama verən tanınmış kinodramaturq, Azərbaycan Ziyalılar Birliyinin sədri, rejissor Eldəniz Quliyev deyib. O, Qüdslə Qarabağın taleyinin oxşarlığından və Fələstin xalqının yaşadığı acıdan danışıb:

"Biz Qarabağ ağrısı yaşayan bir xalqıq. Ona görə də fələstinlilərin Qüds ağrısı, torpaq acısı bizə çox yaxındır. Fələstinlilərin "Böyük Dönüş" Hərəkatı sionizm ideologiyasından idarə olunan İsrail adlı bir dövlətin anoloqu olmayan siyasi həyasızlığnı, riyakarlığını bütün dünyaya göstərdi.

İsrail ötən gün Qəzza bölgəsini yenə bombaladı. Fələstinin 6-7 yaşayış bölgəsində dinc əhalinin başına bomba yağıdran İsrailin bu hərəkəti həyasızlığın pik nöqtəsidir. Hətta faşistlər də dinc yaşayış bölgələrini bu qədər bombalamırdı. Necə istəyirəm elə də yaşayıram fikri ancaq dəlilərə xas olan xüsusiyətdir. Yekə bir dövlət adlanan İsrail riyakar dəliliklə mışğuldu.

Siyasi tərbiyəsizlik artıq İsrailin sionist dövlətinin fəaliyyət prinsipinə çevrilib. Yatmış bir müsəlman dünyası ayılmalıdır və anlamalıdır ki, bu cür problemdən çıxış yolu vəhdətdədir. Bu vəhdətə rəhmətlik imam xomeyni dəvət etmişdi. O zaman İsrail bu çağırışdan qorxuya düşmüşdü.

Ancaq islam vəhdəti olduğu yerdə İsrail rejiminin vəhşiliyi durdurulacaq.

Biz Qarabağı işğal etmiş erməni separatçıalrını vəhşiliyin görmüşük. İndiyə qədər topaq itkisi yurd işğalı yaşayan bir xalqıq. Fələstinlilərin nələr yaşadıqlarını bəlkə bizdən daha yaxşı bilən olmaz.

Buna görə də biz fələstinlilərlə həmrəylik nümayiş etdirməliyik. Müqəddəs Kitabımızda "müsəlman müsəlmanın qardaşıdır" deyilir.

Kaş ki, bizim də ağrılarımızı digər müsəlman qardaşlarımız anında hiss etsinlər. Müsəlman qardaşdır dostdur. Bu belədirsə, deməli, qardaşımız ağrıyırsa, bu bizim ağrımzıdır. Sonda onu da deyim ki, İslam Konfransı Təşkilatı bu olaylara adekvat yanaşmır."

Top
JoomlaLock.com All4Share.net