Qüdsün işğalı Səlb yürüşünün davamıdır
Featured

06 İyun 2018

Qüds Günü ilə bağlı vetenugrunda.az oxucuların fərqli insanların fikirlərini yayımlamaqdadır. Bu dəfə fizika müəllim, Kərbəla ziyarətçisi, tanınmış ictimai fəal Sahib Rüstəmlinin fikirlərini təqdim edirik:

"Müqəddəs Ramazan ayının sonuncu cümə günü "Qüds Günü" kimi qeyd olunur bəzi müsəlman ölkələrində. Nədən?
Ona görə ki, müsəlmanların Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhəri olan Qüds daim İudaizm və Xristianlıq dinlərinin daşıyıcıları tərəfindən ədalətsizliyə məruz qalıb. Baxmayaraq ki, Qüds fələstinlilərin tarixi paytaxtlarıdır, indi onlara ora getməyə qondarma İsrail dövləti tərəfindən icazə verilmir.

Qüds üç səmavi dinin mərkəzi olsa da yalnız üç əsr müsəlman, Osmanlı dövlətinin tərkibində olanda sülh və ədalət şəraitində yaşamışdır. Bir zamanlar xaçlı yürüşlərinin ideya mənbəyi olan Qüdsün hesabına müsəlmanlar xristianların amansız təqiblərinə məruz qalmış, onlara qarşı çoxsaylı soyqırımlar həyata keçirilmiş, şəhərləri, kəndləri viran qoyulmuş, sərvətləri talan edilmişdir.

İndi də müsəlmanlara qarşı aparılan mənfur siyasətin obyektinə çevrilmiş Qüds işğal altındadır. Bununla müsəlmanların ilk qibləsi, Məhəmməd ə.s.-ın Merac yeri Əl-Əqsa məscidi işğal edilmişdir. Fələstinlilərin tarixi torpaqlarında 20-ci əsrin ortalarında qondarma İsrail dövləti yaradılaraq bütün müsəlman aləmini sionistlər və imperialist dövlətlər təhlükə şəraitində yaşadırlar.

Bu yaxınlarda ABŞ prezidentinin təşəbbüsü ilə ABŞ səfirliyinin Qüdsə köçürülməsi və Qüdsün İsrailin paytaxtı elan edilməsi bu mənfur siyasətin hələ də davam etməsinin bariz nümunəsidir.

Ona görə də bütün müsəlman aləmi, o cümlədən biz azərbaycanlılar daim Qüdsü diqqət mərkəzində saxlamalı, ona ədalət bəxş etmək üçün mübarizə aparmalıyıq. Çünki biz həm müsəlman olaraq, həm də türk olaraq sionistlərin və imperialistlərin təcavüzünə mərfuz qalmışıq. Müsəlman olaraq müqəddəs məkanımız Qüdsə, türk olaraq isə tarixi torpaqlarımıza təcavüz edilmişdir.

Tarixi torpaqlarımızda Ermənistan adlı qondarma dövlət yaradılmış, yaxın tarixdə də isə cənnətməkan Dağlıq Qarabağımız işğal edilmişdir."

Top
JoomlaLock.com All4Share.net