Yəməndə öldürülənlərin sayı 50 min nəfəri ötdü
Featured

06 Avqust 2018

2015-ci ildən etibarən Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin hücumuna məruz qalan Yəməndə ölənlərin sayə 50 mini keçib.

Bu barədə "Washington Post" məlumat yayıb.

Qəzet yazıb ki, öldürülənlərin sayının durmadan artmasına baxmayaraq rəsmi məlmatlar ölənlərin sayını 10 min olaraq göstərir:

"Səudiyyə Ərəbistan rejimin rəcavüzü nəticəsində Yəməndə sivillər bombaların altında qalır, kütləvi xəstəliklərdən ölürlər. Amma görünən budur ki, ölənlərin sayı hələ də sabit qalıb. Bu, bilərəkdən belə təqdim edilir".

BMT hələ 2016-cı avqustunda 10 min nəfər öldüyünü, hətta həqiqi sayın daha çox ola biləcəyini açıqlamışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə 10 mindən çox uşaq və qadın həyatını itirib. Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli evlərindən didərgin düşüb.(maide.az)

Top
JoomlaLock.com All4Share.net