Məktəbli avtobusu bombalandı -50 ölü-VİDEO
Featured

10 Avqust 2018

Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin Yəmənin Saada əyalətinin Dahyan rayonunda şagirdləri daşıyan avtobusu havadan bombalayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə Yəməndə baş verən hadisədə dünyasını dəyişən uşaqların sayı 50-yə çatıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bombalanan avtobusdakı şagirdlərin çoxu 10 yaşdan kiçik olub. Hadisə nəticəsində daha 77 nəfərin yaralandığını qeyd edib. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə 10 mindən çox uşaq və qadın həyatını itirib.

Qeyri rəsmi məlumatlarda isə deyilir ki, Səudiyyə rejiminin Yəmənə hücumu 50 mindən çox insanın faciəli şəkildə ölümünə səbəb olub.

Top
JoomlaLock.com All4Share.net