Bəsrə hava limanına hücum edildi

08 Sentyabr 2018

İraq KIV-in verdiyi xəbərə görə, Amerika konsulluğunun yaxınlığında yerləşən Bəsrə Beynəlxalq Hava Limanına qumbaraatanlarla hücum edilib.

Qumbaralar hava limanının yaxınlığında boş səhraya düşüb. Hücum zamanı xəsarət alan olmayıb.

Təhlükəsizlik mənbələri Amerika konsulluğuna gedən yolları bağlayıblar və etirazçıları bu ərazidən uzaqlaşdırıblar.

Qeyd edək ki, sosial xidmətlərin zəifliyinə, məişət və iqtisadi çətinliyə etiraz edən aksiyaçılar keçən gecə (Cümə günü) İran İslam Respublikasının Bəsrədəki konsulluğuna hücum edərək yandırıblar.

Top
JoomlaLock.com All4Share.net