Rusiya Suriyaya S-300 göndərir
Featured

24 Sentyabr 2018

Rusiya Suriyaya S-300 raket kompleksiləri satacaq.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib. 

Dünyanın ən çox silahsatan ölkələrinin ilk onluğunda yer alan Rusiya bundan öncə Suriyaya S-200 komplekslərini satmışdı.

Suriya rəsmiləri isə hesab edir ki, terror təşkilatlarının arxasında dayanan, onları silahlandıran ABŞ-ın müasir silahlarının qarşısına təkmilləşmiş və kifayət qədər güclü olan S-300 kompleksləri ilə çıxmaq qələbənin tezləşdirəcək. 

Rusiya müdafiə naziri də bu fikirdədir. O, S-300-lərin özünün yüksək atəş sürətinə və digər imkanlarına görə Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin döyüş imkanlarını möhkəmləndirəcəyini bildirib: "Suriyaya müasir S-300 zenit-raket kompleksləri veriləcək. Bu kompleks 250 kilometrdən çox məsafədə hədəfi müəyyən edir, eyni vaxtda bir neçə hədəfi vura bilir".

Top
JoomlaLock.com All4Share.net