Bu müəllimin evində 700 şagird təhsil alır - FOTO
Featured

01 Noyabr 2018

Yəmənin Təizz bölgəsində yaşayan müəllimin evində təqribən 700 şagird təhsil alır.

Adil əş-Şərcəbi adlı yəmənli müəllim öz evini uşaqların məktəbi bombalandıqdan sonra məktəbə çevirib və hər gün 700-ə yaxın şagirdə burada dərs keçir.

Məlumata əsasən, ona bu işdə digər bir neçə müəllim də yardım edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində ölkədə yüzlərlə məktəb dağıdılıb, milyonlarla uşaq dərsdən məhrum edilib.

Xatırladaq ki, 27 milyondan artıq əhaliyə malik Yəməndə, təxminən 2.2 milyon uşaq qeyri-kafi qidalanma problemindən zəiyyət çəkir. Bu uşaqların təcili qayğıya ehtiyacı var. Bu uşaqlardan şiddətli kəskin qeyri-kafi qidalanma problemi olan 400 min nəfərə isə təcili yardım edilməzsə, ölə bilərlər. Ölkədə kütləvi xəstəliklər hökm sürür.

Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü, ölkəni mühasirədə saxlaması və humanitar yardımların Yəmənə gətirilməsini əngəlləməsi səbəbindən hər on dəqiqə bir uşaq ölür (Birləşmiş Millətlər Təşkilatının son statistikasına görə).(İQNA)

 
 
 
 
 
 
 
 
Top
JoomlaLock.com All4Share.net