Samirrada 11 İŞİD üzvi öldürüldü
Featured

02 Noyabr 2018

Samirra şəhərinin qərbində Vadi Əl-Sərsar bölgəsində İraq ordusu və İraq xalqından olan könüllü dəstələrin (Həşdi Şabi) qüvvələrinin birgə əməliyyatında İŞİD terror qruplaşmasının 11 üzvi öldürülüb.

Səhaəddin Əməliyyat Qərrargahının komandiri Səfa Əs-Saidi bildirb ki, əməliyyat nəticəsində İŞİD-ə məxsus bir neçə hərbi sursat anbarı məhv edilib.

Məlumata əsasən, terrorçular Samirrada bir neçə terror aktı həyata keçirməyi planlaşdırırmış.

Top
JoomlaLock.com All4Share.net