Yəməndə 200-dən artıq səudiyyəli əsgər öldürüldü
Featured

07 Noyabr 2018

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri noyabrın 6-sı verdiyi açıqlamasında təcavüzkar Səudiyyə rejiminin 200-dən artıq əsgərinin Hudeyda limanında öldürüldüyünü bildirib.

Əl-Məsirəyə xəbər verir ki, 2018-ci ilin əvvəlindən etibarən Səudiyyə rejimi və tərəfdaşlarının Yəmənin Hudeyda limanını ələ keçirmək səyləri, Yəmən ordusu və xalq qüvvələrinin müqaviməti ilə uğursuzluğa düçar olub.

Hudeyda Qırmızı dəniz sahillərindəki strateji əhəmiyyətə malik və humanitar yardımların Yəmənə çatması üçün yeganə marşrutdur. Bu ölkəyə qarşı dərman, qida və səhiyyə məhsul və ləvazimatları kimi ən əsas yardımların 70%-i buradan daşınır.

Yəməndən gələn digər bir xəbərdə isə, Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələrinin dünən (6 noyabr) axşam Yəmənin şimalındakı Əl-Həsamə bölgəsində təcavüzkar Səudiyyə rejiminə aid bir ədəd PUA-nı məhv etməyə nail olduqları bildirilib.

Yəmən qüvvələri Səudiyyə rejiminin bu ölkəyə qarşı hücumlarının başlamasından etibarən Səudiyyə rejiminə aid onlarla kəşfiyyat PUA-sın məhv etməyə nail olmuşdur. (deyerler.org)

Top
JoomlaLock.com All4Share.net