İsrail məhkəməsi 700 qüdslünü şəhərdən qovdu
Featured

23 Noyabr 2018

İşğalçı İsrail rejiminin ali məhkəməsi bir qrup fələstinli ailənin Qüdsün Silvan qəsəbəsindən qovulmalarına qarşı qaldırmış olduqları iddianı rədd edib.

Dünən keçirilmiş iclasda İsrail ali məhkəməsi fələstinli ailələr tərəfindən imzalanmış petisiyanı rədd edərək onların öz evlərindən qovulmasını təmin etmiş qərarı qüvvədə saxlayıb.

İşğalçı rejim məhkəməsinin iddiasına görə, fələstinli ailələrin öz evlərini tikdikləri ərazi İsrail dövlətinin yaradıldığı ərəfələrədə - hələ 1948-ci ildən əvvəl yəhudi miqrantlar tərəfindən ələ keçirilib. Bu səbəbdən fələstinlilərin tarixən yaşadığı bölgə yəhudi torpağı hesab edilib.

Bildirək ki, qanunsuz yəhudi məskənləri ilə məşğul olan "Ataret Cohanim" təşkilatı İsrailin appelyasiya məhkəməsinə müraciət edərək 70-dən çox fələstinli ailənin Qüdsdən qovulmasını tələb edib. Fələstinli ailələr də öz növbələrində ali məhkəməyə müraciət ediblər, lakin tələbləri rədd edilib. Bununla da hazırda sayları 700 nəfərə çatan yerli sakinlər öz evlərindən və Qüds şəhərində qovulma təhlükəsilə üz-üzə qalıblar.(felestininfo)

Top
JoomlaLock.com All4Share.net