İsrail Xarici İşlər Nazirliyində partlayış
Featured

14 Yanvar 2019

İsrail Xarici İşlər Nazirliyinin (XİN) binasında gözyaşardıcı qaz qumbarası partlayıb.

Bu barədə Qüds polisi məlumat yayıb.

Bildirilib ki, olay nəticəsində binada olan bir neçə mühafizəçi xəsarət alıb.

İlkin ehtimala görə, partlayış qaz qumbaralarının saxlanıldığı anbarda baş verib.

Gözyaşardıcı qazın binanın digər otaqlarına yayılmaması üçün əməkdaşlara kondisionerləri söndürmək barədə tapşırıq verilib.

İnsanların binadan təxliyəsinə isə ehtiyac olmayıb.

Top
JoomlaLock.com All4Share.net