BMT: "İsrail qüvvələri ötən il Qəzzada 189 fələstinlini öldürüb"
Featured

01 Mart 2019

İsrail işğal qüvvələrinin ötən il Qəzza zolağındakı fəaliyyətlərinə dair istintaqın detalları açıqlanıb.

Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Şurasında İsrail qüvvələrinin ötən il Qəzza zolağında 189 fələstinlini qətlə yetirdiyi və bu rəqəmin müharibə cinayəti ilə eyni olduğu bildirilib.

Hesabatda Qəzza zolağında aksiya keçirən fələstinlilərin İsrail qüvvələrinə təhdid təşkil etmədiyi vurğulanıb. Sionist rejim qüvvələri tərəfindən Qəzza zolağında törədilən qətliamın Beynəlxalq Məhkəməyə çıxarılmalı olduğu diqqətə çatdırılıb. (eastnews.org)

Top
JoomlaLock.com All4Share.net