"İsraillə əlaqələri normallaşdırmaq əxlaqi baxımdan qadağandır"
Featured

04 Mart 2019

Küveyt parlamentinin sədri Mərzuq əl-Qənim ərəb ölkələri ilə İsrail arasında normallaşan əlaqələrə münasibət bildirib.  İordaniyanın paytaxtı Əmmanda Ərəb Parlamentlər Birliyi tərəfindən "Qüds Fələstinin Əbədi Paytaxtıdır" adı verilən konfransda çıxış edən əl-Qənim qeyd edib ki, İsraillə əlaqələri normallaşdırmaq siyasi olaraq haramdır, əxlaqi baxımdan isə qadağandır.

"İsrail ilə normallaşma siyasi olaraq haramdır, əxlaqi baxımdan qadağandır. Normallaşmaya yox, uşaq qatilləri, işğalçılarla normallaşmağa yox. Normallaşma boyun əymək və təslim olmaq mənasını verir. Xurafat və əfsanələrə əsaslanaraq tarixi qarışıq hala gətirməyə çalışmayın, yorularsız",-deyə parlament sədri əlavə edib.(faktxəbər)

Top
JoomlaLock.com All4Share.net