İsrail rejimi Qəzzada dinc sakinləri gülləbaran etdi
Featured

11 Mart 2019

Dünən Qəzzada baş tutmuş 50-ci Böyük Qayıdış yürüşündə işğalçı İsrail rejim qüvvələri dinc nümayişçiləri atəşə tutmağa davam edib.

Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, "Fələstinli qadın" şüarı ilə keçirilən yürüşdə 1 nəfər şəhid olub, 22 nəfər yaralanıb, onlarla insan qaz qumbaralarının təsirinə məruz qalıb.

Sionist rejim hərbiçiləri dinc aksiyaçılara həqiqi güllələrlə atəş açıb, zəhərli və gözyaşardıcı qazdan istifadə edib.

Yaralılardan 16 nəfər həqiqi güllə ilə vurulub, 1 nəfər qaz gülləsi ilə sifətindən yaralanıb.

Qeyd edək ki, bu gün səhər də sionist rejim qırıcıları Qəzzanın şimal bölgəsini bombalayıb. Xan Yunis limanı yaxınlığında və digər bölgələrdə partlayış səsləri eşidilib.

Xatırladaq ki, ötən il martın 30-dan etibarən başlamış Böyük Qayıdış yürüşlərində indiyədək 260-dan çox fələstinli İsrail ordu qüvvələri tərəfindən qətlə yetirilib, 27 min nəfərə yaxın insan yaralanıb. Onların 500 nəfərinin vəziyyəti ağırdır.

Top
JoomlaLock.com All4Share.net