ABŞ-dan kürd terrorçularına 300 milyon dollarlıq dəstək
Featured

13 Mart 2019

ABŞ rəhbərliyi "Suriya Demokratik Qüvvələri" adlı kürd qruplaşmasına 300 milyon dollar yardım edəcək.

FaktXəbər bildirir ki, Pentaqon 2020-ci li üçün Konqresdən tələb edilən büdcənin detallarını ictimaiyyətə açıqlayıb.

Sənəddə qeyd olunur ki, Birləşmiş Ştatlar kürd yaraqlılardan başqa Suriyanın cənub-şərqindəki əl-Tanf bölgəsində "Musavir ət-Təvra" adlı qruplaşmanı da silahla təmin edəcək.

Qeyd edək ki, Ağ Ev rəhbəri Donald Tramp Konqresdən Pentaqon üçün 718,3 milyard dollarlıq büdcə tələb edib. Büdcə sənədlərində Pentaqon üçün tələb edilən 718,3 milyard dolların 544,5 milyard dolları aşağı büdcə, 173,8 milyard dolları isə xarici əməliyyatlıar üçün nəzərədə tutulub.

Top
JoomlaLock.com All4Share.net