ABŞ-ın yeni hədəfi-Mərakeş
Featured

26 Aprel 2019

Dünyanı odlu çubuğu ilə qarışdıran küpəgirən yeni bir münaqişə ocağı yaratmaqdadır.

Fars Körfəzində yeni böhranın başlanğıcı dünya mediasının diqqətindən yayınmayıb. Fars Körfəzində Birləşmiş Əərəb Əmirlikləri (BƏƏ) ilə Mərakeş arasında insdent yaşanır.

Körfəz böhranında tərəfsiz qalmağı üstün tutan Mərakeşlə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər 2017-ci ildən pozulsa da, Mərakeşin XİN rəhbəri Nasir Buritanın bu ay həyata keçirdiyi Körfəz turu çərçivəsində BƏƏ-yə getməməsi ölkələr arasındakı gərginliyi artırıb.

Tərəflər arasında ilk narazılıq BƏƏ-nin bu ölkədəki səfiri Əli Səlim əl-Kabinin Abu Dabidən gələn təcili tələb əsasında ölkəsinə qayıtması ilə başlayıb. Mərakeş hökumətinin sözçüsü Mustafa əl-Həlfi paytaxt Rabatda dünən keçirdiyi həftəlik mətbuat konfransında BƏƏ səfiri ilə bağlı suala, "Bu barədə şərhim yoxdur",-deyə cavab verib.

Ekspertlər hesab edir ki, Rabat və Abu Dabi arasında aylardır səssiz gərginlik davam edir. İki ölkə arasında fikir ayrılığına səbəb Mərakeşin Liviyada sabitliyi təmin etmək məqsədilə həyata keçirdiyi "Suheyrat Müqaviləsi"nin BƏƏ tərəfindən ləğv edilməsi istiqamətində cəhdləridir.

Qeyd edək ki, siyasi rəqabətlə yanaşı silahlı qarşıdurmaların da davam etdiyi Liviyada sabitliyin təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının liderliyi ilə başlanılan sülh danışıqları nəticəsində Tripoli və Tobruk 17 dekabr 2015-ci ildə Mərakeşin Suheyrat şəhərində Liviya siyasi sazişini imzalayıb. Razılaşmanın tələbinə uyğun olaraq Fayiz Siracın rəhbərliyi ilə qurulan Milli Koalisiya Hökuməti Tobruk məclisi tərəfindən veto edilib. Hökumət üçün aprelin 4-də səkkizinci dəfə keçirilən etimad səsverməsi də nəticə verməyib.

Liviyadakı General Xəlifə Həftərin Tripoliyə təşkil etdiyi hücuma birbaşa dəstək vermək və legitim hökumətin hərbi yolla devrilməsinə yönəlik siyasət Mərakeşin bölgədə sabitlik səylərinin "arxadan bıçaqlanması" mənasını verir. Liviyada qanuni hökumətə qarşı döyüşən "Liviya Milli Ordusu"nun əsas dəstəkçisi isə ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ-dir.

Mərakeş Krallığı Körfəz ölkələri arasında müstəqil siyasət yürütmək niyyətindədir. Mərakeş Donald Trampın İsrail-Fələstin sülh planı olaraq nəzərdə tutduğu "Əsrin Müqaviləsi" mövzusunda da BƏƏ və Səudiyyə Ərəbistanı ilə fərqli fikirləri bölüşür. Məhz bu səbəbdən iki ölkə münasibətlərdə hər hansı yumşalma ehtimalı yoxdur və BƏƏ-Mərakeş böhranın qarşıdakı günlərdə daha da dərinləşcəyindən xəbər verir.

Qeyd edək ki, general Xəlifə Həftəri ABŞ-ın gizlin tapşırıqlarını yerinə yetirməkdə ittiham edilir.

Top
JoomlaLock.com All4Share.net