Qüdsdə müsəlmanlara ibadət zamanı hücum edildi
Featured

03 İyun 2019

Radikal yəhudilər Qüdsdə ibadətdə olan müsəlmanlara hücum etdi- RƏZALƏT.

Bazar günü İsrail təhlükəsizlik qüvvələrinin dəstəyi ilə bir qrup radikal yəhudi 1967-ci ildə Qüdsün işğalının ildönümünə həsr olunmuş nümayiş təşkil etmək məqsədi ilə Əl-Aqsa məscidinə soxulub.

Bu haqdda "Əl-Cəzirə" məlumat yayıb. Ramazan ayının son on günlüyündə çox sayda müsəlman Əl-Aqsada etikaf (günlərlə məsciddə tənhalığa çəkilmə) ibadətində olur. Dəvətsiz qonaqlar məbədin içərisində möminlərlə qarşıdurma yaradıb. Müdaxilə edən təhlükəsizlik qüvvələri də müsəlmanlara hücum edib.

Reportyor Samir Əbu Şamalın sözlərinə görə, məscidə edilən hücumda 1100 yəhudi iştirak edib. Polis müsəlman etirazçılarını dağıtmaq üçün məscid ərazisində gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Hücum nəticəsində bir neçə qadın da daxil olmaqla onlarla fələstinli yaralanıb.(moderator.az)

Top
JoomlaLock.com All4Share.net