Qasim Süleymani: "Bu ağılsız hücumlar, İsrail rejiminin son çırpınışıdır"
Featured

26 Avqust 2019

"Qüds" elit briqadasının komandiri General Qasim Süleymani İsrail rejiminin Suriya və Livana qarşı həyata keçirdiyi hava zərbələrinə münasibət bildirib.

İran İslam İnqilabının Keşikçilər Korpusu - SEPAH-ın "Qüds" elit briqadasının komandiri General Qasim Süleymani İsrail rejiminin Suriya və Livana qarşı həyata keçirdiyi hava zərbələrinə münasibət bildirib.

Süleymani tvitterdən yazdığı açıqlamada "Bu ağılsız hücumlar, şübhəsiz İsrail rejiminin son çırpınışları olacaqdır", -deyə qeyd edib.

Qeyd edək ki, İsrail qırıcıları Suriyaya hava hücumu həyata keçirməklə yanaşı Livana PUA-lar göndərməklə Livanın hava sahəsini pozmuşdu. Hizbullah lideri isə buna görə, İsrail beynəlxalq qaydaları pozduğunu və cavaba hazır olmaları üçün xəbərdarlıq etmişdi.

Livan prezidenti Mişel Aud da Beyrutun cənubuna düşən İsrailə aid pilotsuz aparatların ölkəsinin suverenliyinə qarşı açıq bir hücum olduğunu bildirib.

Top
JoomlaLock.com All4Share.net