ABŞ İsrailin nüvə sınaqlarını gizlədir?
Featured

23 Sentyabr 2019

ABŞ-ın İsrailin nüvə sınaqlarını gizlətməsi haqda informasiyalar yayıldı...

Ağ Evin İsrailin nüvə bombası sınaqlarını gizlətməsi haqda məlumatlar yayılıb.

Maraqlıdır ki, moderator.az-ın verdiyi xəbərə görə, bu cür informasiyaları İsralin öz mediası da dərc edib. Xəbərdə deyilir ki, "Həmas"ın internet nəşri olan "Fələstin Məlumat Mərkəzi" 40 il öncə Qərb KİV-in Atlantik okeanının cənub-şərqində Pentaqonun himayəsi altında İsrail və Cənubi Afrika Respublikasının keçirdiyi nüvə sınaqları ilə bağlı yaydığı xəbərlərə diqqət çəkib. ABŞ-ın o zamankı prezidenti Cimmi Karter həmin sınaqlar barədə məlumatları gizli saxlamağa qərar verib.

Peyklərdən gizlənmək üçün buludlu havada ümumilikdə 5-dək sınaq keçirildiyi iddia edilir. Amma havadakı radiasiya izləri təşkilatçıları ələ verib...

Top
JoomlaLock.com All4Share.net