Bəhreyn rejimi daha bir ruhanini həbs edib
Featured

10 Oktyabr 2019

Bəhreyn Təhlükəsizlik Qüvvələri rejimə qarşı mübarizə aparan müxalif qüvvələrə təzyiqlər zamanı daha bir şiə ruhanisini həbs edib. Bu barədə lualuatv xəbər verib.

Məlumata görə, onlar ilahiyyatçı Şeyx Muhəmməd Əl-Riahı tutublar.

O da vurğulanır ki, Bəhreyn hakimiyyəti onun tutulması üçün heç bir səbəb göstərməyib, bununla belə onun işi rejim üzrə dövlət vəkilinə göndərilib.

"Əl Vifaq" Əl-Riyakın həbsini Əl-Xəlifənin ruhaniləri hədəfə alma, dini azlıqlarla mübarizə və etnik azlıqların repressiyası siyasətinin davamı olaraq xarakterizə edib.

Top
JoomlaLock.com All4Share.net