İsrail hərbçiləri Fələstinin sabiq millət vəkilini evində həbs edib
Featured

31 Oktyabr 2019

İsrail əsgərləri Fələstin Məclisinin keçmiş deputatı, İordan çayının işğal olunmuş Qərb sahilində Xalq Azadlıq Cəbhəsinin lideri Xalidə Serrarı həbs edib.

Bu barədə yerli mənbələr xəbər verib. Bildirilir ki, rejim qüvvələri səhər saatlarında Serrarın əl-Birdəki evinə basqın edib. Evdə axtarış edən İsrail əsgərləri, sabiq millət vəkilini tutublar.

İsrail rejimi hələ Serrarın həbsi barədə açıqlama verməyib.

Qeyd edək ki, sabiq deputat 2017-ci ilin iyulunda İsrail əsgərləri tərəfindən evində saxlanılıb və "inzibati həbs" bəhanəsi ilə 20 ay həbsxanada saxlanıldıqdan sonra fevralın 28-də sərbəst buraxılıb.

Top
JoomlaLock.com All4Share.net