Şəhid Həsən Həsənovun anım günüdür
Featured

04 Oktyabr 2017

Oktyabrın 4-ü Kəlbəcərdə şəhəadətə qovuşmuş xalqımızın igid oğlu Həsən Həsənovun anım günüdür.

Vetenugrunda.az xəbər verir ki, Həsən Həsənov 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub, Qarabağ müharibəsi başlayandan sonra yurd -yuvasından didərgin düşüb. 

2014-cü ilin iyulun 9-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birgə işğal altındakı Kəlbəcər rayonuna gedib. İyulun 11-də ermənilər tərəfindən öldürülərək Dağlıq Qarabağda dəfn edilib.

Uzun danışıqlardan sonra Həsən Həsənovun nəşi 2014-cü il oktyabrın 2-də qarşı tərəfdən alınaraq, yaxınlarına təhvil verilib.
Mərhum 2014-cü il oktyabrın 4-də Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin.

Top
JoomlaLock.com All4Share.net