Şəhidimiz var
Featured

09 Oktyabr 2017

Ağdam rayonundakı N saylı hərbi hissənin əsgəri Saleh Valeh oğlu İsayev şəhid olub.

12 avqust 1998-ci il təvəllüdlü əsgər oktyabrın 8-də doğulub boya başa çatdığı Lənkəranda dəfn olunub.

Saleh İsayev bu il aprelin 6-da hərbi xidmətə yollanıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı Saleh İsayevin qohumu Tərlan Ağayev sosial şəbəkədə paylaşıb:

"Mənim canim, dayimoğlu, dünən gecə hərbi xidmətini layiqincə yerinə yetirərkən qəfil gələn erməni gülləsindən boğazından yaralanıb. Qospitala aparılarkən yolda canını Allaha tapşırıb, İmam Hüseyn şəhidlərinə qoşuldu. Bu haram ayda qan töküldü.

Allah sənə rəhmət eləsin!"

Saleh Isayev adlı şəxsin şəkli.

İbrahim Babayev adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net