Vətənimiz üçün iki qolundan olan döyüşçümüz sahibsiz qalıb-VİDEO
Featured

08 Noyabr 2017

Hərbi xidmətini Tərtərdə, N saylı hərbi hissədə yerinə yetirən, düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına yaralanan Quluzadə Rüstəm 1998-ci ildə Gədəbəy rayonunda, fəhlə ailəsində anadan olub. 2015-ci ildə hərbi xidmətə yollanıb və daha sonra Tərtərə göndərilib. Fevral ayında, gecə saatlarında düşmən təxribatının qarşısını alarkən qolundan və ürəyinin üstündən yaralanıb.

Yaralı şəkildə Naftalana göndərilən Rüstəm, Fevralın 26- da Bakıya Hərbi Hospitala göndərilib və 9 aydır ki, realibitasiya şöbəsində müalicə alır. İndiyə qədər 6 əməliyyat keçirib, sərbəst şəkildə ayağa qalxmasa da, iki əli demək olar ki, tamamilə işləmir. Hərbi xidmət müddəti yanvar ayında bitən Rüstəm mülki şəxs kimi bu xəstəxanadan xaric olacağını və müalicə almağa maddi imkanı olmaycağını söyləyir.

“Mənim 20 yaşım var. Hələ bütün həyatım, gələcəyim qarşıdadır. Mən indidən əllərimin ikisini də işlədə bilməsəm, gələcək həyatım necə olacaq. Ailəmin tək oğlan övladıyam, atam yaşlıdır, fəhlədir, məni müalicə etdirməyə imkanı yoxdur. Mən vətənim üçün iki qolumdan olmuşam, ancaq vətənim indi mənə sahib çıxmalıdır. Burda müalicəm yoxdur, sağalmağım imkansızdır. Həkimlər məni sadəcə yanvar ayına müalicə edəcəklər.

Yaralı şəkildə xəstəxanaya gətirilməmdən 9 ay ötür, ancaq heç kəs mənimlə maraqlanmır ki, ölmüsən, ya sağsan. Dövlətimdən xahiş edirəm səsimi eşitsinlər, müalicəm burda yoxdu, mənə sahib çıxsınlar, müalicə üçün xaricə göndərsinlər”.

Rüstəmin anası Quliyeva Şamama deyir ki, oğlumun sadəcə kiməsə möhtac olmasını istəmirəm. “Bir stəkan suyu içmək üçün kimsə ehtiyacı olmasın, kimsə onun paltarını dəyişdirməsini gözlməsin, mənim balama yardım etsinlər, tək istəyim budur”, – dedi.(a24.az)

Top
JoomlaLock.com All4Share.net