Döyüşçümüz başından əməlliyat olundu
Featured

12 Noyabr 2017

Türkiyədə Gülhanə xəstəxanasında başından əməliyyat olunan aprel qazisi 28 yaşlı hərbçimiz Yaşar Ağayev vətənə dönüb. Bu barədə Y.Ağyevin döyüş dostları sosial şəbəkədə məlumat və fotolar yayıblar.

Qeyd edək ki, aprel döyüşlərində yaralanan 28 yaşlı hərbçi Yaşar Ağayev Türkiyədə Gülhanə xəstəxanasında əməliyyat olunaraq, baş nahiyəsinə süni baş qapağı qoyulub. Bakıda 3 dəfə əməliyyat olunan Yaşar Ağayev 46 gün komada qalmışdı.

Əməliyyatdan sonra jurnalistlərə təəssüratlarını bölüşən hərbçi bildirib ki, yaralandıqdan sonra kəlləsinin yarısının olmadığını güzgüdə gördükdə soyuqqanlı davranıb:

"Bədənimin sol tərəfinin işləməməsi isə məni üçün böyük bir çətinlik idi. Mən bir dəfə əziyyət çəksəm də, ailəm həmişə mənə görə kövrəlirdi. Mən anamın yanında heç vaxt başıaçıq gəzmirdim. Çünki, başımı məni belə görüb ağlayırdı".

Gülhanə xəstəxanasının beyin və sinir cərrahı Özkan Tehli 13 nəfərlik həkim heyəti ilə "kranioplastika" əməliyyatı həyata keçirərək, 3D printerlərin köməyi ilə Y. Ağayevə baş nahiyəsinə süni baş qapağı qoyulduğunu bildirib.

"O, xəstəxanamıza gəldikdə danışa, yeriyə bilmirdi. 5 əməliyyat və 1 il yarımlıq müalicədən sonra o, həm danışır, həm də yeriyə bilir. Görünüşündəki qüsur da aradan qaldırılıb." - , deyə həkim bildirib.(qaziler.az)

Top
JoomlaLock.com All4Share.net