"Büstü aparıb evinizə qoya bilərsiz"
Featured

01 Dekabr 2017

Çoxdandır bölüşmək istədiyim bir haqsızlıq barədə, axır ki yazmağı qərarına gəldim. Qəbələ rayonu Vəndam qəsəbə 1 saylı tam orta məktəb hal hazırda Eldəniz Mehdiyevin adını daşıyan, pilot məktəb adını almış, görkəmli alimləri ilə ölkəmizdə tanınmış, saysız-hesabsız ziyalılar yetişdirmiş doğma məktəbim yəni bu qədərmi səriştəsiz və məsuliyyətsiz şəxslərlə idarə olunur?..

Harda görünüb ki, şəhidin adına olan məktəbdə şəhidin şəkilini çıxardıb lazımsız yerə tullayasan, irad da tutanda deyəsən ki, ay təhsilli pedaqoq, "get anasına de balağını alıb gəlsin üstümüzə". Sən dərk etmirsənmi ki, gəzdiyin torpaqlarda onların qanı hopub.

Sən rahat yaşayasan deyə, onlar həyatlarını qurban veriblər. İnsan nə qədər şəhidlərə qarşı hörmətsizlik edər ki, insan nə qədər çəzalandırılmayacağına ümüd edər
ki,onsuz də ürəyi dağlı şəhid anasına şəhidə qoyulmuş büstü "aparıb evinizə qoya bilərsiz" deyə biləsən...

Ürəyi parçalanmış anaya necə rəva bildiz bunu? Bu hara sığar? Siz şagirdləri vətənpərvər olmağı, vətəni sevməyi, vətən uğrunda canlarından keçənlərə hörmətin zəruriliyini beləmi öyrədirsiniz?..

Mən bu yazını şəhid anasının ürək yanğısıyla danışdığıni dinləyib yazıram, Ümüdlə ali məktəbə yollamışdı ciyər parasını, nə bilsin ki oxşayaraq yola saldığı Eldənizini bayrağa bürünmüş tabutda qarşılayacaq.

Əlbətdə, “Torpaq üstündə ölən varsa vətəndir.” Bəli düz deyib şair. Vətən uğrunda ölməyə dəyər. Şəhid anası öğlunun vətən uğrunda şəhid olmasına görə fəxr edir. Amma ona qarşı hörmətsizlik onu üzür...

Bu yazını yazmaqda məqsədim heç də kiminsə cəzalandırılması istəyi deyil. Mən istəyirəm ki, şəhidlərimizin ruhunu incitməyək, necə deyərlər,-unutma ki unudulmayasan. (qebelepress.info)

Top
JoomlaLock.com All4Share.net