Erməni səfir UNESCO-da Qarabağın işğalını etiraf etdi
Featured

07 Dekabr 2017

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin (ICH) Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyası keçirilib. Azərbaycanın təqdim etdiyi nominasiya (“Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi”) Ermənistan Milli Komissiyasının sədri Vahram Kazhoyanın provokativ müdaxiləsinə baxmayaraq, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycanın UNESCO-da səfiri Anar Kərimov Vahrama mədəni formada cavab versə də, Vahram həyasızlığını dayandırmayıb. Vahramın arqumenti o qədər gülünc idi ki, səfir Qarabağda doğulduğunu söyləmək məcburiyyətində qalıb.

Vahramın nifrət çıxışını dinləməyə səbri çatmayanlar üçün qısaca bildirək ki, o, Ermənistanın işğalı altındakı Qarabağa aid qeyri-maddi mədəni irsimizin mövcudluğunu şübhə altına alıb.

Elə bilib ki, Qarabağı işğal etməklə Qarabağ icmasının qeyri-maddi mədəni irsini də işğal ediblər. Anlamayıb ki, qeyri-maddi mədəni irsin daşıyıcıları yaşadıqca o irs də yaşayır. Əslində fərqində olmadan UNESCO tribunasından etiraf edib ki, Qarabağı işğal ediblər və bizim mədəni irsimizi hədəf alıblar. (moderator.az)

Top
JoomlaLock.com All4Share.net