Bu gün şəhid Əbu Bəkirin doğum günüdür-VİDEO
Featured

10 Fevral 2018

Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. Bu gün o müqəddəslərdən birinin, Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı şəhid İsmayılov Əbu Bəkir Vüqar oğlunun doğum günüdür.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, iki il öncə Füzuilidə gedən aprel döyüşləri zamanı (aprelin 2-də) şəhid olub.  

Əbu Bəkir İsmayılov 1990-cı ilin 10 fevral günündə Kürdəmir şəhərində Vüqar və Rəna İsmayılovların ailəsində anadan olub. Əbu Bəkir İsmayılov 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. Daha sonra o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub.

Əbu Bəkir İsmayılov ailəli idi.

Baş leytenant Əbu Bəkir İsmayılov özündən başqa mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü.

Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Əbu Bəkir İsmayılov, Təbriz Musazadə və Urfan Vəlizadə, həmçinin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutdu. 

Şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda dəfn edildi.

Top
JoomlaLock.com All4Share.net